Gürcüstan DÇ-2026-nın seçmə mərhələsində Türkiyəyə 4:1 hesabı ilə uduzub.
1xeber.media xəbər verir ki, matçı tribunadan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və gürcüstanlı həmkarı Mixail Kavelaşvili izləyib. Kavelaşvili ölkəsinin komandasının uduzmasından sonra məyusluğunu gizlətməyib.
Qeyd edək ki, dörd turdan sonra Gürcüstan üç xalla üçüncü pillədə qərarlaşıb. Beləliklə, komanda seçmə mərhələdən keçərək Dünya Çempionatına vəsiqə qazanmaq şansını itirsə də, UEFA Millətlər Liqasının pley-off mərhələsi vasitəsilə buna nail ola bilər.