Вернуться назад Распечатать

Böyük Britaniya 5 şəxsə və 35 Rusiya təşkilatına qarşı sanksiya tətbiq edib

Böyük Britaniya anti-Rusiya məhdudiyyətləri çərçivəsində beş şəxsə və 35 təşkilata qarşı sanksiya tətbiq edib.

1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 15-də Böyük Britaniya Xəzinədarlığının saytında məlumat verilib.

Konkret olaraq, sanksiyalar neft şirkətlərini və Rusiya kredit təşkilatlarını hədəf alır.

Həmin gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “İzvestiya”nın sualını cavablandırarkən, sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatının böyüdüyünü bildirib. O, həmçinin qeyd edib ki, Rusiya ən yüksək iqtisadi artım tempinə malik G20 ölkələri sırasında Braziliya və Türkiyəni geridə qoyur.