Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
1xeber.media xəbər verir ki, komissiyanın iclasında Ramil Həsənin deputatlıq səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirə olunur.
***
MSK-nın iclasında Ramil Həsənin deputat səlahiyyətinə xitam verilib.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.
Bu gün artıq TÜRKPA-nın Baş katibinin səlahiyyətləri keçmiş Baş katib Mehmet Süreyya Er tərəfindən yeni seçilmiş Ramil Həsənə təhvil verilib.