Вернуться назад Распечатать

Pakistan Əfqanıstanın paytaxtına hava zərbəsi endirib

1xeber.media xəbər verir ki, Aamaj News-un mənbələrə istinadən verdiyi məlumata görə, Pakistan qüvvələri Əfqanıstanın paytaxtı Kabilə hava zərbəsi endirib.

"Pakistan Kabildəki hədəflərə hava zərbələri endirir. Pakistan pilotsuz təyyarələri Taimani bölgəsindəki hədəflərə azı dörd dəfə zərbə endirib", - hesabatda deyilir.

Şənbə günü, oktyabrın 11-i axşam Əfqanıstan-Pakistan sərhədində silahlı toqquşmalar baş verib. Əfqanıstanın Kunar, Nangarhar və Helmand əyalətlərində atışma və partlayışların olduğu bildirilir.