“Şərq” qüvvələr qrupunun bölmələri aktiv əməliyyatlar zamanı Dnepropetrovsk vilayətinin Alekseyevka kəndini azad edib.
1xeber.media xəbər verir ki, döyüş əməliyyatının görüntülərini oktyabrın 15-də Rusiya Müdafiə Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatlarının operatorları və artilleriya ekipajlarının koordinasiyalı işi qoşunlara sürətli irəliləyiş etməyə və kəndi ukraynalı yaraqlılardan azad etməyə imkan verib.
Alekseyevkada Rusiya bayraqlarının qaldırıldığı bildirilir. 8 kvadrat kilometrdən çox ərazi Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib.