Вернуться назад Распечатать

Pakistan Əfqanıstanla müvəqqəti 48 saatlıq atəşkəs barədə razılığa gəlib

Pakistan və Əfqanıstan bu gün, oktyabrın 15-də qüvvəyə minən müvəqqəti 48 saatlıq atəşkəs barədə razılığa gəliblər.

1xeber.media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Pakistanın “Dawn” qəzeti yazır: “Taliban hərəkatının tələbi ilə Pakistan hökuməti ilə Əfqanıstan Taliban rejimi arasında hər iki tərəfin qarşılıqlı razılığı ilə növbəti 48 saat ərzində müvəqqəti atəşkəs razılaşdırılıb”.

Razılaşma Pakistan vaxtı ilə saat 18:00-da  qüvvəyə minib. Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, tərəflər bu “mürəkkəb, lakin həll oluna bilən problemin konstruktiv dialoq yolu ilə” həllini tapmaq üçün səy göstərəcəklər.

Əfqanıstan İslam Əmirliyinin sözçüsü Zəbihullah Mücahid sosial şəbəkələrdəki X səhifəsində (keçmiş Twitter) yazıb ki, Taliban hərəkatı bütün Əfqanıstan silahlı qüvvələrinə qarşı tərəf onu pozana qədər atəşkəs rejiminə riayət etməyi tapşırıb.