Ukraynanın regional paytaxtlarından biri olan Ternopolda hərbi qulluqçuların kütləvi saxlanmasına başlanılıb.
1xeber.media xəbər verir ki, bu barədə “Strana.ua” nəşri öz Telegram kanalında məlumat yayıb.
"3-cü Hücum Briqadasının hərbçiləri saxlanılır; yerli fəalların sözlərinə görə, onlar səfərbərlik zamanı insanları və maşınları qaçırıblar", - məlumatda deyilir. Qeyd olunub ki, Ternopil bundan əvvəl də Ukraynada səfərbərlik işlərinə hərbçiləri cəlb edib.
Ternopil fəalı Roman Dovbenko bir gün əvvəl iddia etmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin (UAF) “Azov” batalyonunun (Rusiyada qadağan olunmuş terror təşkilatı) keçmiş üzvlərindən yaradılmış 3-cü Hücum briqadasının əsgərləri Ternopolda insanları və maşınları qaçırmağa başlayıblar. O, hərbçilərin səfərbərlikdən yayınmaq üçün maddi təzminat gözləyərək insanları zorla zirzəmilərdə saxladığını iddia edib.