Вернуться назад Распечатать

Hotel, restoran, lüks maşın və TV kanalları... - “İmperator”un sərvəti

Türkiyəli məşhur müğənni, “İmperator” ləqəbli İbrahim Tatlıses bu dəfə sərvəti ilə gündəmə gəlib.

1xeber.media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, İ.Tatlısesin Türkiyənin müxtəlif bölgələrinə yayılmış mülkləri, hotelləri, restoran zəncirləri və media yatırımları onun biznes dünyasında da söz sahibi olduğunu göstərir.

Məlumata görə, Seyrantəpədə kabab salonu, TV binası, “Tatlıses Şirkətlər Qrupu” ofisi və geyim markasına aid atelyesi, Sarıyerdə villa, Bodrumda “Tatlıses Paradise” apart hotelləri, Kuşadasında 157 otaqlı “Tatlıses” hotel və Şanlıurfada torpaq sahələri sənətçiyə məxsusdur. Tatlısesin beş kabab salonu, bir neçə TV kanalı və geniş avtomobil kolleksiyası da var.