Rusiya ABŞ-dan Kiyevə kəşfiyyat məlumatı verməsi ilə bağlı şayiələrə izahat verməsini istəyib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də “Kommersant” qəzetinə müsahibəsində bildirib.
O, ABŞ-ın bir neçə aydır Rusiyanın enerji infrastrukturuna zərbələr endirmək üçün Ukraynaya kəşfiyyat məlumatı verməsi ilə bağlı xəbərləri şərh edərkən deyib: “Mən öz əməkdaşlarıma amerikalılardan Financial Times-ın bu hesabatlarına münasibət bildirmələrini xahiş etməyi tapşırmışam”.
ABŞ-ın sorğuya cavab verib-vermədiyi ilə bağlı suala Lavrov qeyd edib ki, “nəşrin dərcindən cəmi bir neçə gün keçib”.