ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Tramp administrasiyasını tərk edə bilər.
1xeber.media xəbər verir ki, bu haqda “The Middle East Eye” portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Uitkoff diplomat kimi “yorucu iş qrafikindən” sonra bütün diqqətini öz biznesinə yönəltmək üçün administrasiyadan getməyi planlaşdırır.