Bu ilin yanvar–avqust aylarında Azərbaycandan Gürcüstana 169,5 milyon ABŞ dolları dəyərində 1,6 milyard kubmetr (qaz halında) təbii qaz ixrac edilib.
1xeber.media bu haqda Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 62 milyon dollar və ya 1,6 dəfə, həcminə görə isə 922 milyon kubmetr və ya 2,5 dəfə artıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–avqust aylarında Azərbaycandan Gürcüstana təxminən 629,1 milyon kubmetr təbii qaz ixrac olunmuşdu, bu ixracın ümumi dəyəri 107,2 milyon ABŞ dolları idi.
Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycandan xaricə ümumilikdə 6 milyard ABŞ dolları dəyərində 16,5 milyard kubmetr təbii qaz ixrac edilib.