Вернуться назад Распечатать

HAMAS daha iki girovun cəsədini İsrailə təhvil verəcək

HAMAS hərəkatı daha iki ölü girovun qalıqlarını bu gün İsrailə təhvil verəcək.

1xeber.media xəbər verir ki, bununla bağlı bəyanat hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının “Telegram” kanalında dərc olunub.

“İsrailli girovların fələstinli məhbuslarla mübadiləsi razılaşmasının bir hissəsi olaraq, biz bu gün axşam saat 22:00 radələrində daha iki israilli girovun cəsədini tibb əməkdaşlarına təhvil vermək qərarına gəldik”, - bəyanatda deyilir.

Qalıqları Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil veriləcək girovların adları açıqlanmayıb.