Вернуться назад Распечатать

Deputatlar Ramiz Mehdiyevə "qarşı"...

"Vaxtilə dövlətdə yüksək vəzifə tutmuş, Prezidentin etimadına layiq görülmüş insan belə bir əməllərin sahibi imiş, gizli fəaliyyətlə məşğul olub. Buna ancaq təəssüf etmək olar".

1xeber.media xəbər verir ki,bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, kimsə vəzifəsindən sui-istifadə edib dövlətə, Azərbaycan xalqına qarşı qara fikirlər tutmağa çalışırsa, bu gec-tez ifşa olunacaq:

"Bizdə oturuşmuş dövlət, dövlət aparatı, dövlətçilik və dövlət orqanlarının ciddi fəaliyyəti var. Kiminsə qanunazidd fəaliyyəti gec-tez ifşa olunur və necə ki, ifşa olundu. Ona qarşı ittihamlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən irəli sürülüb. Bu isə ciddi orqandır. Bu ittihamlar irəli sürülübsə, demək ki, buna ciddi əsaslar, sübutlar var. Məhkəmə qərarı göstərir ki, qanun qarşısında hamı bərabərdir. İstənilən qeyri-qanuni əməl üzə çıxacaq. Qanunun aliliyinə inanırıq, sonrakı gedişatı gözləyirik".

Deputat qeyd edib ki, Ramiz Mehdiyevin belə bir fəaliyyətdə olması heç də xoşagələn məsələ deyil: "Bu ittihamlara mütləq cavab verilməlidir. Azərbaycan dövlətçiliyi kiminsə maraqlarına qurban gedilə bilməz. Bu gün müstəqil dövlətçiliyimiz var. Bu özünü hər bir məsələdə, o cümlədən bu cür əməllərə hüquqi qiymət verilməsindən göstərir".