Вернуться назад Распечатать

Ramiz Mehdiyevin vəkili kimdir?

Bir sıra ağır cinayətlərdə ittiham olunan Prezident Adminstrasiyasının sabiq rəhbər Ramiz Mehdiyevin  hüquqlarını müdafiə edən vəkilin kimliyi bəlli olub.

1xeber.media Gununsesi.info-ya istinadən xəbər verir ki, bu, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyevdir.

Məlumata görə, Zaur Abıyev DTX-nin İstintaq Baş İdarəsində istintaq olunan cinayət işində dövlət təyinatı ilə Ramiz Mehdiyevin dindirilməsi prosesində iştirak edib.

Bildirilib ki, Ramiz Mehdiyev hüquqlarını qorumaq üçün müstəqil şəkildə vəkil tutmayıb.