Вернуться назад Распечатать

Baş həkimdən sonra direktor müavini də işdən çıxarıldı

Sabunçu Tibb Mərkəzinin inzibati işlər üzrə direktor müavini Yusif Şirinli tutduğu vəzifədən azad olunub.

1xeber.media Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki,bir neçə gün öncə Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova da tutduğu vəzifədən azad edilib.