Вернуться назад Распечатать

Ukraynada Trampın adını daşıyan park yaranacaq

Çerniqovdakı “Nağıl” parkının adı dəyişdiriləcək.

1xeber.media xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri Telegram-da məlumat yayıb.

Parka ABŞ prezidenti Donald Trampın adı veriləcək. Çerniqov Şəhər Şurası müvafiq qərar qəbul edib.

“Tramp Meydanı” adı qəhrəman şəhər Çerniqovun dünyasına minnətdarlıq, ümid və açıqlıq əlaməti olacaq”, - deyə izahatda bildirilir.