Вернуться назад Распечатать

Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı

Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev saxlanılıb.

1xeber.media "Qafqazinfo"ya istinadən xəbər verir ki, mayor Haqverdiyev korrupsiyada ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.