Вернуться назад Распечатать

Peskov Putinin Macarıstana uçuşunun logistikasından danışıb

1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 17-də bildirib ki, prezident Vladimir Putinin ABŞ prezidenti Donald Trampla danışıqlar üçün Macarıstana uçuşunun logistikası mərhələli şəkildə təşkil olunacaq.
"Məsələlər çoxdur, danışıqlar aparan komandalar müəyyən edilməlidir və s. Ona görə də hər şey mərhələli şəkildə həyata keçiriləcək", - o, brifinqdə bildirib.

Peskov qeyd edib ki, hazırlığın ilk mərhələsi Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marok Rubio arasında telefon danışığı olacaq və onun sözlərinə görə, iki prezident arasında gözlənilən görüşün detallarını işləməyə başlayacaq.