Keçmiş illərdən bağlı qalmış 284 cinayətin açılması təmin edilib.
1xeber.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin kollegiya iclasında bildirilib. Məlumata görə, axtarışa elan edilmiş şəxslərin 85,1 faizi tutulub, itkin düşmüş şəxslərin 90%-i, habelə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 22.268 borclu şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 408 nəfərdən ibarət 152 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87,7%-i açılıb.