Вернуться назад Распечатать

Merz Zelenskinin Trampla görüşü ilə bağlı təəssüratlarını açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşünün nəticələrindən narazı qalıb.

1xeber.media xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz qeyd edib.

"Səfər Zelenskinin gözlədiyi kimi olmadı", - Merz deyib.

Ukrayna liderinin Ağ Evə səfərindən sonra Fridrix Merz Vladimir Zelenski ilə telefon danışığı aparıb. Söhbət zamanı görüşün nəticələri müzakirə olunub və Avropa İttifaqından (Aİ) Ukraynaya yardımın artırılmasının zəruriliyi vurğulanıb. Merzin sözlərinə görə, Almaniya Ukrayna hakimiyyətini “maliyyə, siyasi və təbii ki, hərbi cəhətdən” dəstəkləməyə davam edəcək.

Bundan əvvəl Donald Trampın Ağ Evdəki söhbəti zamanı Vladimir Zelenskiyə dediyi açıqlamalar üzə çıxıb. Strana.ua xəbər verir ki, Amerika lideri ABŞ-ı Ukrayna münaqişəsinə cəlb etmək istəmədiyini bəyan edib.