Вернуться назад Распечатать

Avstriya Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləmək niyyətindədir

Lüksemburqda keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə Avstriya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketini dəstəkləyəcək.

1xeber.media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Avstriya bazar ertəsi Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək iclasında Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyəcək. Bundan başqa, Vyana Rusiyaya təzyiqlərin davam etdirilməsini dəstəkləyir", - hesabatda deyilir.

Bundan başqa, Lüksemburqda Yaxın Şərqdəki vəziyyət, o cümlədən İsrailə qarşı sanksiyalar müzakirə olunacaq. Agentlik əlavə edib ki, Avstriyanı tədbirdə dövlət katibi Zepp Şellhorn təmsil edəcək.