Вернуться назад Распечатать

Nazir vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə 1xeber.media Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəmaləddin Heydərov tərəfindən 6 dekabr 2024-cü il tarixdə Xaçmaz şəhərində, Nazirliyin Şimal Regional Mərkəzinin binasında saat 10:00-dan Xaçmaz və Şabran rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 5 dekabr 2024-cü il tarixdə Nazirliyin Şimal Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.