Вернуться назад Распечатать

Putin Trampla telefon danışığında nə tələb edib?

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Ukraynadan müharibənin dayandırılması müqabilində bütün Donetsk bölgəsinə nəzarətdən əl çəkməyi tələb edib.

1xeber.media xəbər verir ki, bu barədə “Vaşinqton Post” öz mənbələrinə istinadən məlumat verib.

Bildirilib ki, bunun əvəzində Kreml Rusiyanın yalnız qismən işğal etdiyi Zaporojye və Xerson vilayətlərinin bəzi hissələrinə iddialarından imtina etməyi düşünə bilər.

Nəşr qeyd edib ki, bu cür sövdələşmələr Donbasın işğalını rəsmiləşdirir və Trampın “sülh planı” haqqında danışmasına baxmayaraq, Moskvanın köhnə tələblərini təkrarlayır. Ukrayna və Avropa rəsmiləri isə bu ideyanı qəbuledilməz adlandırıblar.