Вернуться назад Распечатать

Keçmiş deputat Ramiz Mehdiyevin kürəkəni ilə şərikdir?

Son günlər medianın əsas müzakirə mövzusu  Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev  barəsində ittihamlar və onun ev dustaqlığına məhkum edilməsi ictimai rezonans doğurub.

Müzakirə edilən mövzulardan biri də Ramiz Mehdiyevin vaxtı ilə "krişalıq" etdiyi  şəxslərlə bağlıdır. Onun malı-mülkü,villaları,ailə biznesi də günlərdir  gündəm yaradıb.

1xeber.media xəbər verir ki, Oxu24.com-a məlumat verən mənbə bildirib ki,Ramiz Mehdiyevin sıx biznes əlaqələri olduğu  şəxslərdən biri də keçmiş deputat,hazırda sahibkarlıq fəaliyyəti ilə  məşğul olan Əsabil Qasımovdur dur.

Mənbənin bildirdiyinə görə, Əsabil Qasımov uzun müddət  Ramiz  Mehdiyevin  kürəkəni ,sabiq millət vəkili,sahibkar İlham Əliyevlə iş birliyində olub.Ramiz Mehdiyevin kürəkəni  İlham Əliyevin bu iş birliyi  Əsabil Qasımova məxsus    "Karat Holdinq" də qeyri-rəsmi şərik olmaqla başlayıb.

"Karat Holdinq" MMC 14 mart 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 430 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 201-də yerləşir. Holdinqin qanuni təmsilçisi Umudov İqdam Əliş oğludur. 

Ondan əvvəl şirkəti Əsabil Qasımov təmsil edib. Ümumiyyətlə, "Karat Holdinq"in sahibi kimi Əsabil Qasımovun adı çəkilir. 

Əsabil Qasımov Milli Məclisin IV çağırış deputatı olub. O, parlamentdə 79 saylı İmişli seçki dairəsini təmsil edib. 

İqdam Umudov Əsabil Qasımovun qaynıdır. 

Keçmiş deputatın biznesi "Karat Holdinq"lə məhdudlaşmır. Mediada gedən məlumatlara görə, Əsabil Qasımovun "Karat Holdinq" MMC-dən başqa aşağıdakı şirkətləri var:

- "Karat" MTK

- "İdeal” MMC

- "Azİnvest” Tikinti Şirkəti

- "Everest-M”

- "Şin Servis”

- "Karmen” MMC (Un dəyirmanı)

- Hökməli Makaron Fabriki

- Hökməli Kisə Fabriki

- "ASTE”L MMC (Quşçuluq fabrikləri)

- Gəncədə "Fatoğlu” un dəyirmanı

- Bakıda "Marina Plaza” oteli

- Bakıda "Premium” market

Məlumata görə,Ramiz Mehdiyev "vurulduqdan" sonra  "Karat Holdinq" üzərində  nəzarəti zəifləyib.

Oxu24.com məlumatı dəqiqləşdirmək üçün  sabiq  millət  vəkili,hazırda bizneslə məşğul olan Əsabil Qasımovun özü ilə əlaqə saxlayıb.

Əsabil Qasımov Ramiz Mehdiyevin  və kürəkəni İlham Əliyevin adını eşidər,eşitməz onlarla düşmən olduğunu bildirib.

"Ölkə başçısından tutmuş,nazirlərə  qədər hər kəsə məlumdur ki,biz onlarla düşmənik.2019-cu ildə oğlum rəhmətə getdi.Bir adam ki,oğlumun yasına gəlmədi,başsağlığı vermədi,belə dostluq,şəriklik ola bilər?Mənim heç oğlumla şərikliyim yoxdur.Yeddi qardaşım var.Onların  mənimlə heç bir şərikliyi yoxdur.Kefiniz nə istəyir yazın...Yazın ki,bütün şirkətim onlara məxsusdur...Ən savadsız insan bunu başa düşərdi ki,biz onlarla düşmənik...Mən onunla sadəcə  olaraq  deputat  kimi  Milli Məclisdə oturmuşuq...O illərdə  münasibətimiz olub",-deyə Əsabil Qasımov saytımıza bildirib.