Вернуться назад Распечатать

Bura birinci evimdir, getmək fikrim yoxdur - Qurbanov

Şükürlər olsun, bu il işimiz daha uğurlu alınar. Futbol elə bir oyundur ki, hər il uğur əldə etmək olmur. Biz əvvəlki illərdə çəkdiyimiz zəhmətlərin bəlkə də bu il daha çox bəhrəsini görürük.

1xeber.media xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Haber Global" telekanalına verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, "Qarabağ" komandasının uğurlarının Avropa və Türkiyədə əks-səda doğurması klub üzvlərinə stimul verir.

17 ildir "Qarabağ"ı çalışdıran baş məşqçi klubdan ayrılmaq istəmədiyini də vurğulayıb:

"Bura mənim ikinci evimdir, bəlkə də birinci evimdir, çünki mən burada daha çox vaxt keçirirəm. Amma gələcəkdə hər şey ola bilər. Hazırda böyük bir kluba keçmək fikrim yoxdur".

Qeyd edək ki, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində altıncı pillədə qərarlaşıb. II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini məğlub edən (2:0) "köhlən atlar" I turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib.