Вернуться назад Распечатать

Rektora 60 min manat "atdılar"...

Son zamanlar Azərbaycanda mənzil dələduzluğu  pilləli  şəkildə artmaqdadır

1xeber.media  oxu24.com -a  istinadla xəbər verir ki, belə şirkətlərdən biri də hüquqi ünvanı  Bakı şəhəri,Səbail rayonu,T.Əliyarbəyov qardaşları  ev 25,mənzil 43 olan Xırdalan şəhəri,H.Aslanov küçəsi 21 ünvanında çoxmərtəbəli mənzil inşa edən "Avro Qrand" MMC-dir.Adıçəkilən şirkətin direktoru,satış şöbə rəisi və  iş icraçısı Xanlar Məmməd oğlu Cəfərov,Xəzər Qurban oğlu Əliyev və Elgiz Eldar oğlu İsmayılov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru,professor  Zəfər Qəzənfər oğlu Qurbanovu mənzil satacaqları adı ilə 60 min manat aldadıblar.

Onlar Zəfər Qurbanova satdıqları mənzili eyni zamanda Vüsal Hüseynov,Elçin Gülalıyev,Vüqar Abdullayev adlı şəxslərə də eyni üsulla  satıblar.

Şirkətin hər 3 səlahiyyətlisi hazırda həbsdədir.

Barələrində  Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən 232026387 nömrəli cinayət işi başlanıb.

İş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.3.2,178.2.3 və 320.1 -ci  maddələrinin  tələbələrinə uyğun  olaraq  təqib edilib.

Məhkəmə   araşdırması üçün iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynova həvalə olunub.

Oxu24.com məsələyə münasibət öyrənmək məqsədi ilə  rektorun özü ilə əlaqə saxlayıb.O,məsələ haqda danışmaq istəməyib.