Ukraynanın neft emalı zavodlarına zərbələri Rusiyanın yanacaq bazarını pozub, sürücülərin 70%-dən çoxu çatışmazlıqlar yaşayır.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
“Rusiya yanacaqdoldurma məntəqələri getdikcə aşağı keyfiyyətli yanacaq satır və bu da öz növbəsində mühərrikin sıradan çıxmasına səbəb olur”, - məlumatda qeyd olunub.
Ukraynalı analitik Stanimir Dobrev bildirib ki, artıq Rusiya regionlarının 84 faizində yanacaq çatışmazlığı müşahidə olunur.