Вернуться назад Распечатать

Şimali Kiprin yeni prezidenti KİMDİR...

Şimali Kiprdə bu gün keçirilən prezident seçkilərində Cümhuriyyətçi Xalq Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb. O, hazırkı prezident Ersin Tatarı məğlub edərək Şimali Kiprin yeni prezidenti seçilib.

1xeber.media  məlumatına görə, Erhürman 55 yaşındadır. O, Şimali Kipprin paytaxtı Lefkoşa şəhərində anadan olub, ixtisasca hüquqşünasdır.

Ankara Universitetinin məzunu olan siyasətçi 2008-2010-cu illərdə Kipr Problemi üzrə danışıqlarda iştirak edib. 1999-2004-cü illərdə Türkiyə Respublikası Ədliyyə Nazirliyində çalışıb və Türkiyədə ombudsman aparatının yaradılmasında rol oynayıb.

2013-cü ildən millət vəkili, 13 noyabr 2016-cı ildən isə Cümhuriyyət Türkiyə Partiyasının lideridir. 2 fevral 2018-ci ildə Şimali Kiprin baş naziri olub.

2020-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərində də namizəd kimi iştirak edib.

O, Türkiyə hakimiyyətinin Şimali Kiprlə bağlı təklifinə qarşı çıxır. Erhürman kampaniya zamanı seçiləcəyi təqdirdə Kipr Respublikası ilə 2017-ci ildə dayandırılan rəsmi danışıqlara yenidən başlayacağını deyib.

Erhürman iddia edir ki, iki dövlətli həll Kipr türklərinin iqtisadi və siyasi təcridinə son qoymaq üçün real yanaşma deyil.