Deputat Cavanşir Feyziyevə məxsus apteklər şəbəkəsi və dərman firması olan “Avromed Company” ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.
1xeber.media Tribunainfo.az-a istinadla xəbər verir ki, “Avromed Company” İnzibati Xətalat Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 539.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Avromed Company” ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 30 oktyabr tarixində hakim Solmaz Mustafayevanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, ölkənin qabaqcıl dərman firmalarından olan “Avromed Company” QSC deputat Cavanşir Feyziyevə məxsusdur.
Qarşı tərəfi dinləməyə hazırıq.