Qəzza zolağında bir gün əvvəl pozulmuş atəşkəs rejimi bərpa olunub.
1xeber.media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında bildirilib.
Müdafiə Qüvvələri atəşkəs rejiminə riayət etməyə davam edəcəklərini, lakin hər hansı pozuntu hallarına qətiyyətlə cavab veriləcəyini açıqlayıb.
Xatırladaq ki, 19 oktyabrda İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS hərəkatını İsrail hərbçilərinə qarşı hücumda ittiham edərək Qəzza zolağının müxtəlif yerlərində onlarla obyektə zərbələr endirib. Bildirilib ki, HƏMAS-ın hücumu nəticəsində iki İsrail hərbçisi ölüb. İsrailin zərbələri nəticəsində isə azı 45 nəfərin öldüyü qeyd olunub.