Ermənistanın Gümrü şəhərində polis meriya qarşısında toplaşan etirazçılara qarşı güc tətbiq etməyə başlayıb.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar arasında saxlanılanlar da var.
Bundan əvvəl Gümrü sakinləri hazırda istintaq hərəkətlərinin aparıldığı və mer Vardan Qukasyanın saxlanıldığı şəhər administrasiyasının binası qarşısında toplaşıblar.
Hazırda polislə vətəndaşlar arasında qarşıdurma yaşanır.
****
Gümrü meriyasının qarşısında vəziyyət kəskin şəkildə gərginləşib. Əraziyə polis qüvvəsi yerləşdirilib.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, polislə mer Vardan Qukasyana dəstək üçün toplaşan vətəndaşlar arasında qarşıdurma yaranıb. Polis vətəndaşları saxlamağa başlayıb.
Şəhər meriyasının əməkdaşlarının sözlərinə görə, mer Vardan Qukasyan binanın içərisindədir. O, MTN tərəfindən saxlanılıb və tezliklə binadan çıxarılacağı gözlənilir.