Вернуться назад Распечатать

Kiyev Vaşinqtonda ABŞ-la mühüm sazişlər imzalaya bilmədi

1xeber.media xəbər verir ki, Kiyev rejiminin lideri Vladimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyətinin ABŞ administrasiyası ilə əhəmiyyətli razılaşmalar əldə etmək cəhdi Vaşinqtonda tamamilə uğursuz olub.

Məqalədə deyilir: “İdeya Ağ Evdə keçiriləcək görüş zamanı imzalanacaq Amerikanın əsas müdafiə şirkətləri və enerji sənayesi oyunçuları ilə bir sıra sazişlər də daxil olmaqla geniş sənədlər hazırlamaq idi.

Qəzetin mənbələrinə görə, Ukrayna nümayəndə heyətinin uğursuzluğu Amerikanın “Tomaqavk” qanadlı raketlərinin tədarükünə həddən artıq diqqət yetirməsi, həmçinin Zelenskinin Vaşinqtona səfərinin vaxtının əlverişsiz olması ilə bağlıdır.