Вернуться назад Распечатать

Məhkəmə Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun həbs müddətini uzadıb

Moskva Şəhər Məhkəməsi keçmiş müdafiə nazirinin müavini Timur İvanovun 1,3 milyard rubl rüşvət işi üzrə həbs müddətini yanvarın 23-dək uzadıb.

1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 20-də məhkəmə zalından “İzvestiya”nın müxbiri məlumat verib.

Məhkəmənin qapalı keçirildiyi bildirilir.

Keçmiş müdafiə nazirinin müavini 2024-cü il aprelin 23-də həbs edilib.İvanov 1,185 milyard rubl rüşvət almaqda ittiham olunur. Müstəntiqlərin fikrincə, o, idarə layihələri üzərində işləyən podratçıların rəhbərləri ilə əlbir olub.