Вернуться назад Распечатать

İranın ali lideri Trampı ələ saldı

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın İranın nüvə infrastrukturunu məhv etdiyinə dair iddialarına sosial şəbəkədə istehzalı reaksiya verib.

1xeber.media xəbər verir ki,X platformasında paylaşım edən Xamenei bildirib:
"ABŞ prezidenti fəxr edir ki, İranın nüvə sənayesini bombalayıb məhv ediblər. 
Çox yaxşı, qoy belə düşünsün!"


Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə zərbələr endirib. Tramp bu əməliyyat çərçivəsində xüsusilə Fordo obyektinə “tam bombalar” atıldığını və bunun "əsas hədəf" olduğunu iddia edib.


Xameneinin paylaşımı Trampın bu bəyanatlarını qeyri-ciddi və əsasız sayaraq ictimai şəkildə lağa qoyması kimi qiymətləndirilir.