Вернуться назад Распечатать

Sürpriz adlar çıxa bilər — Deputat “Ramiz Mehdiyev işi”ndən DANIŞDI

"Bu tip cinayəti hazırlamaq, həyata keçirmək bir nəfərin işi deyil. Bu prosesi dəstəkləyən bir komandanın olması mümkündür”.

1xeber.media xəbər verir ki,bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. 

O bildirib ki, istintaqın gedişində sürpriz adlar meydana çıxa bilər:

“İstənilən halda bu cür cinayət əməlinin sübuta yetirilməsi olduqca vacibdir. 

Dövlətçiliyə təhlükə törədə biləcək hər hansı addımın qarşısı alınmalıdır və bu prosesdə iştirak edənlər əvvəllər dövlət qarşısında hansı xidmətlər göstərməsindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdırlar. Ən sərt formada cəzalandırılmalıdırlar ki, gələcəkdə belə addımlar atmağa həvəsli qüvvələr olmasın”.