Вернуться назад Распечатать

Vyananın ukraynalı qaçqınları qəbul edən sonuncu mərkəzi bağlanacaq

1xeber.media xəbər verir ki, Vyana hakimiyyət orqanları ukraynalı qaçqınların qəbulu üçün sonuncu mərkəzi 2025-ci ilin sonunadək bağlamaq qərarına gəlib.

Cəmi 200 nəfəri qəbul edə bilən Quartier Schlossberg adlanan mərkəzdə hazırda sıxlıq var.

Qəbul mərkəzinin açılışından indiyədək 8900 köçkün ukraynalıya yardım göstərilib”, - nəşr yazır.

Nəşrin məlumatına görə, mərkəz qaçqınlar üçün qısamüddətli yaşayış, yemək, hüquqi məsləhət və digər xidmətlər göstərib.