Вернуться назад Распечатать

Füzulidə vaxtından əvvəl doğuş zamanı körpə öldü

Füzulidə vaxtından əvvəl doğuş zamanı körpə ölüb.

1xeber.media xəbər verir ki, "2-ci Qayıdış" qəsəbə sakini 1997-ci il təvəllüdlü Mehdizadə Nərmin Qəhrəman qızı Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, aparılan müayinələr zamanı hamiləliyin 7 ay yarım olması və doğulacaq qız uşağının ana bətnində ölməsi səbəbindən dölün xaric olunması qərarı verilib.