Sofiya, lazım gələrsə, ABŞ prezidenti Donald Trampla görüş üçün Budapeştə gedən Rusiya prezidenti Vladimir Putinin təyyarəsi üçün hava dəhlizi verməyə hazırdır.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 20-də Bolqarıstanın xarici işlər naziri Georg Georgiyev məlumat verib.
Georgiev Bolqarıstan Milli Radiosuna (BNR) deyib: “Sülhə nail olmaq üçün səylər göstərildikdə, bu məqsədə çatmaq üçün bütün şəraiti təmin etmək məntiqlidir”.
Jurnalistlər ondan Sofiyanın Rusiya liderinin təyyarəsi üçün hava dəhlizi verməyə hazır olub-olmadığını soruşublar. Cavabında Georgiyev qeyd edib ki, iclasın iştirakçılarından biri iştirak edə bilməyəcəksə, iclas baş tuta bilməz.