Вернуться назад Распечатать

Türkmənistanda AMEA prezidentinə itlərə verilən “Alabay” medalı verilibmiş

Hüquqşünas Aqil Layıq Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin 2024-cü ildə Türkmənistan Respublikası tərəfindən layiq görüldüyü “Alabay” mükafatı ilə bağlı maraqlı məlumatı üzə çıxarıb.

1xeber.media xəbər verir ki, hüquqşünasın paylaşdığı məlumata görə, Alabay Türkmənbaşının sevimli itinin adıdır:

“Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin təltifləri arasında belə bir məlumat gördüm.
2024-cü ildə Türkmənistan Respublikası tərəfindən “Alabay” mükafatına layiq görülüb. Alabay Türkmənbaşının sevimli itidir. Bəlkə də akademikə “albay” adı ilə bu titulu soxuşdurublar.
Türmənistanda Alabay adlı bir medal var, amma yarışan tərəflər itlər olur. Türkmənistanda Alabay günü də var.
Türkmənistanda Alabayın başqa mənası varmı?!”.

Tribunainfo.az