Prezident Administrasiyasının sabir rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin oğlu, hazırda nazir müavini olan Teymur Mehdiyevin toyunda 3 nazir iştirak edib: Ramil Usubov, Əbülfəs Qarayev və Misir Mərdanov.
Belə bir iddia ilə araşdırmaçı jurnalist Samir Feyruzov çıxış edib.
Qeyd edək ki, sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun Ramiz Mehdiyevin nəvəsinin 2020-ci ildə, pandemiya vaxtı keçirilən toyu da daxil olmaqla, ümumiyyətlə, onun ailə məclislərinə dəvət almadığını və buna görə də heç bir məclisində iştirak etmədiyini bildirmişdi.