Вернуться назад Распечатать

Ramiz Mehdiyevin qruplaşmasında yer alan məşhur XANIMLAR KİMLƏRDİR?

Günlərdir medianın əsas gündəm mövzusu  Ramiz Mehdiyevin xəyanəti,onun ailəsi,vəzifədə olan qohumları,əmlakları və bu kimi məsələlərdir.

1xeber.media oxu24.com-a istinadla xəbər verir ki,müzakirə olunan əsas  mövzulardan biri də Mehdiyevin komandasında  kimlərin olması  sualı ətrafında  verilən şərhlərdir.Media bundan öncə Ramiz  Mehdiyevlə  əlaqəli  bir  neçə  şəxsin adını açıqlamışdı.Həmin siyahıda əsasən “sabiqlər” yer alıb.

Məlumatı verən  şəxs  qeyd  edir  ki,Ramiz  Mehdiyev  işlərin  əsas  hissəsini  bu  şəxslərlə  birgə görürmüş.Siyahıda  mühüm  post  tutmuş  xanımlar  da  yer  alır.

Məlahət İbrahimqızı -  Milli Məclisin deputatıdır.O,haqqında yayılan xəbərlərə sərt reaksiya verib.O,Musavat.com-un canlı efirinə qoşularaq onun Ramiz Mehdiyevin zamanında komandasında olmasına sərt reaksiya verib. “Mən Ramiz Mehdiyevin komandasında olmamışam. 1993-cü ildə Nəsimi rayonunda YAP-ın yaradılmasında iştirak edən 51 nəfərdən biri olmuşam.Ramiz Mehdiyev  vəzifəyə  1995-ci ildə gəlib.Ramiz Mehdiyev kimdir ki,biz onun komandasında olaq?”,cavabını verib.

Rəbiyyət Aslanova - Milli Məclisin ikinci, üçüncü və dördüncü çağırış deputatı olub. Onun oğlu Elnur Aslanov Prezident Administrasiyasılna Ramiz Mehdiyevin köməkçisi işləyib.

Rəbiyyət  Aslanova  yerli mediaya  Ramiz Mehdiyevin həbsi fonunda bu açıqlamanı verib:“Kifayət qədər yaşım var, indiyədək çox məlumatlar eşitmişəm. Qeyd etdiyiniz məsələyə yalnız rəsmi qərar olduqdan sonra şərh bildirə bildirəm. Hazırda bildiyiniz kimi, siyasi proseslərin içində deyiləm. Amma buna baxmayaraq, bir vətəndaş kimi öz mövqeyimi bildirməyi də özümə borc bilirəm. Konkret bu məsələ ilə bağlı isə prosesin sonunu – rəsmi qərarları gözləmək lazımdır”

.Aqiyə Naxçıvanlı -  2015-ci ildən 2020-ci ilə qədər Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı seçilib, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri olub.Məlumata görə,Aqiyə Naxçıvanlı  Ramiz  Mehdiyevin qızı  Kamilə Əliyeva ilə də sıx əlaqələri olub. Onlar birlikdə bir sıra kitabların nəşrində iştirak ediblər.Bu əməkdaşlığın nəticəsi kimi  Ramiz  Mehdiyevin qızı uzun müddət Azərbaycan Müəllimlər İnistutunda   imtahan komissiyasının sədri olub.Həmin illərdə Aqiyyə Naxçıvanlı  sözügedən  universiteti rektoru olub.Hətta  Aqiyə  Naxçıvanlı  pandemiya dövründə baş tutmuş  Ramiz  Mehdiyevin nəvəsinin  toyunda başda oturanlardan idi.