Вернуться назад Распечатать

Azərbaycanlı reper müharibədə həlak oldu - Foto

“Qəza Boss” ləqəbi ilə tanınan azərbaycanlı reper Rəşadət Əliyev Rusiya-Ukrayna müharibə zonasında həlak olub.

1xeber.media xəbər verir ki, bu barədə reper Əkbər Novruzlu (Epi) məlumat yayıb.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsində iştirak edən həmkarı döyüş əməliyyatı zamanı həyatını itirib.

Rəşadətin Rusiya ordusu sıralarında döyüşə qatıldığı qeyd edilib.