İsrail ABŞ-a HƏMAS-a qarşı qəti addım atması üçün təzyiq edir.
1xeber.media xəbər verir ki, bu barədə CNN telekanalına israilli mənbə deyib.
“HƏMAS gücləndiyindən və tərksilah niyyətində olmadığından vaxt daralır. İsrail hesab edir ki, HƏMAS-ın yenidən qurulması prosesi başlamazdan əvvəl onu zərərsizləşdirmək lazımdır”, - məlumatda qeyd olunub.