Вернуться назад Распечатать

Ramiz Mehdiyev Alzheimer xəstəliyinə "TUTULUB"-ŞOK İDDİA

Ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevlə bağlı müzakirələr bitmək bilmir.

Mediada Ramiz Mehdiyevin haqqında həbs qərarı çıxdığı günün ertəsi səhhətində problemlər yaranması barədə məlumatlar yayıldı. Məlumatda R.Mehdiyevin evinə təcili tibbi avtomobillərinin gəldiyi də qeyd olundu.

1xeber.media xəbər verir ki, Oxu24.com saytı yayılan informasiyalarla bağlı daha dəqiq məlumatlar əldə edib. 

Mehdiyevlərə yaxın mənbənin verdiyi məlumata görə, boz kardinalın son günlərdə səhhətində ciddi problemlər yaranıb. Onun tez-tez huşunu itirdiyi,yaddaşının gedib-gəldiyi iddia olunur. Hətta, ailə yaxın həkimlə də bu haqda məsləhətləşmələr aparıb. Onun “azheimer” xəstəliyindən əziyyət çəkdiyi iddia olunur. 

Məlumatı saytımıza açıqlayan mənbə qeyd edib ki, onda bu xəstəliyin həqiqətən də olması hələlik rəsmi  təsdiqini tapmayıb. Qanunvericiliyə  görə,bunun üçün məhkəmənin qərarı ilə məhkəmə tibbi ekspertizası təyin edilməlidir.Ehtimal olunur ki, Ramiz Mehdiyev bu “xəstəlik”dən istifadə edərək məsuliyyətdən yayınmaq istəyir.

Alzheimer xəstəliyi demensiyaya səbəb olan xəstəliklər arasında ən çox görülən xəstəlikdir.

Alzheimer xəstəliyində səbəbi hələ tam olaraq başa düşülməmiş bir şəkildə beyin hüceyrələrinin daha tez ölməsindən qaynaqlanır (beyin hüceyrələrinin ölümü yaşla hər insanda olur, lakin bu proses Alzheimer xəstəliyində çox sürətli və erkən olur). Hüceyrə ölümü ilə beyin yavaş-yavaş yığılmağa başlayır və kiçilir. Alzheimer xəstəliyi yoluxucu bir xəstəlik deyil, ancaq onu deyə bilərik ki, bu xərçəng xəstəliyi də deyil. Çox nadir olsa da (təxminən 100 xəstədən 5-i), bu xəstəliyin irsi formaları da mövcuddur, lakin bunlar nadirdir.