Вернуться назад Распечатать

Gürcüstanda keçmiş yüksəkvəzifəli şəxs saxlanıldı

Gürcüstanda daha bir yüksəkvəzifəli şəxsin evindən külli miqdarda nağd pul götürülüb. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) sabiq rəisi Qriqol Liluaşvili ilə əlaqəsi olan "Gürcüstan Dəmir Yolu" SC-nin keçmiş yüksəkvəzifəli məmuru Koba Xundadze saxlanılıb.

1xeber.media xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən brifinqdə məlumat verilib.

Bildirilib ki, Koba Xundadzenin yaşadığı evdə aparılan axtarış zamanı 94 zərfdə çeşidlənmiş müxtəlif məbləğlərdə ümumilikdə 1 milyon 319 min 300 ABŞ dolları məbləğində pul aşkarlanıb.

Həmçinin sabiq baş prokuror Otar Partsxaladze ilə əlaqəli şəxs Mixeil Çoxeli və onun ailə üzvünə məxsus bank seyflərində aparılan istintaq hərəkətləri nəticəsində 2 milyon 904 min 900 ABŞ dolları götürülüb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs xüsusilə böyük məbləğdə qanunsuz mənşəli aktivləri "qanuni gəlir" kimi göstərmək məqsədilə çoxmərhələli cinayət sxemi hazırlayıb. Bu sxem çərçivəsində o, izahı olmayan maliyyə vəsaitləri ilə Tbilisidə torpaq sahələri alıb, şəxsi şirkətinə və onun vasitəsilə yaradılmış birliklərin nizamnamə kapitalına sərmayə qoyub. Guya qanuni gəlirdən əldə olunmuş kimi göstərilən 30 ədəd daşınmaz əmlakın təqsirləndirilən şəxsə və onun şirkətinə məxsus olduğu qeydiyyata alınıb, daha 51 ədəd daşınmaz əmlak isə onun yaratdığı tikinti şirkətinin nizamnamə kapitalına daxil edilib. Bundan əlavə, onun evində aparılan axtarış zamanı 1 319 300 ABŞ dolları məbləğində nağd pul aşkar edilib.

Qeyd edək ki, oktyabrın 18-də sabiq Baş nazir İrakli Qaribaşvilinin, Qriqol Liluaşvilinin, Otar Partsxaladzenin, Romeo Mikuatsadzenin, Mixeil Çoxelinin, Vano və Tornikə Parkaulilərin, Sandro Liluaşvilinin evlərində aparılan axtarış zamanı 7 milyon 2 min 200 dollar, 136 min lari və qiymətli əşyalar müsadirə edilib.