Вернуться назад Распечатать

Tanınmış vəkilin evindən oğurluq edən şəxs saxlanıldı

Tanınmış vəkil Bəhruz Bayramovun evindən oğurluq edilib.

DİN-Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Muradov Fariz Murad oğlu saxlanılıb. Oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.