Вернуться назад Распечатать

Daha 6 Azərbaycan vətəndaşı Suriyadan gətirildi

Suriyadan 6 nəfər (2 qadın və 4 uşaq) Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
 
1xeber.media xəbər verir ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
 
Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
 
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
 
Səfər zamanı vətəndaşlarımızın repatriasiyası ilə bağlı Suriyanın aidiyyəti dövlət qurumları ilə bir sıra görüşlər də keçirilib. 
 
Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.