Вернуться назад Распечатать

Azərbaycanın “milyarder” bankları

Azərbaycan bank sektorunda depozit portfellərinin həcminə görə kəskin fərqlər müşahidə olunur.

1xeber.media xəbər verir ki, rəsmi məlumatlara əsasən, ölkədə fəaliyyət göstərən 9 bankın depozit portfeli 1 milyard manatı ötüb, bəzi kredit təşkilatlarında isə bu göstərici 100 milyon manatdan aşağıdır.

Depozit portfelinin həcminə görə lider olan 3 bank aşağıdakılardır:

Kapital Bank – 8 milyard 671 milyon manat

Azərbaycan Beynəlxalq Bankı (ABB) – 8 milyard 627 milyon manat

PAŞA Bank – 6 milyard 766 milyon manat

Bu üç bank ölkə üzrə cəmi depozitlərin əksər hissəsini özündə cəmləşdirib.

“Milyarder banklar klubu”nun digər üzvləri Xalq Bank (1 milyard 843 milyon manat), Bank Respublika (1 milyard 515 milyon manat), Unibank (1 milyard 232 milyon manat), Azər Türk Bank (1 milyard 188 milyon manat), AccessBank (1 milyard 45 milyon manat) və Yelo Bankdır (1 milyard 40 milyon manat).

Depozit portfeli 100 milyon - 1 milyard manat aralığında olan 11 bank var. Onlar Rabitəbank (793 milyon manat), Bank of Baku (699 milyon manat) və Ziraat Bank Azərbaycan (629 milyon manat) ön sıralarda qərarlaşıb. Bu aralıq depozit portfeli olan digər banklar Azərbaycan Sənaye Bankı, Turan Bank, Yapı Kredit Bank Azərbaycan, Premium Bank, Express Bank, Bank BTB, AFB Bank, Bank VTB Azərbaycandir.

Ən aşağı göstərici isə iki banka məxsusdur: Bank Avrasiya (61 milyon manat) və Bank Melli İranın Bakı filialı (36 milyon manat).