Вернуться назад Распечатать

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Yerasx (Arazdəyən) - Sədərək dəmir yolu çəkilənə qədər Ermənistan blokadada qalacaq.

1xeber.media xəbər verir ki, bu iddia ilə “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçatryan çıxış edib.

Revanşist qüvvələrə yaxın olan deputat regional kommunikasiyanın açılması ilə blokadanın aradan qalxacağını real hesab etmir. O təklif edir ki, Ermənistanın dalandan çıxması üçün Yerasx-Sədərək dəmir yolu tikilməlidir.

“Bu yol açılmadan “Tramp marşrutu” (Zəngəzur dəhlizi - red) tam fəaliyyət göstərə bilməz. Bu yol (Zəngəzur dəhlizi) təkcə 42 kilometri deyil, Yerasxa gedən bütün marşrutu əhatə etməlidir”, - o iddia edib.

Qeyd edək ki, Ermənistanda revanşist qüvvələr Vaşinqton anlaşmalarına, o cümlədən Zəngəzur dəhlizinin “Tramp marşrutu” adı altında açılmasına qarşı çıxır. Yerasx-Sədərək dəmir yolu xətti məsələsinin ortaya atılması da “arqumentlərini” gücləndirmək məqsədi daşıyır.