1xeber.media xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında verilən məlumata görə, İndoneziya sahillərində 5,6 bal gücündə güclü zəlzələ baş verib.
Yeraltı təkanlar yerli vaxtla saat 20:46-da Banda dənizində qeydə alınıb, episentri təxminən 40 min nəfərin yaşadığı Tual şəhərindən 211 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 92 kilometr dərinlikdə yerləşib. Sunami xəbərdarlığı verilməyib.
Bu zəlzələdən bir saat əvvəl İndoneziyanın Sumatra adasında bir qədər kiçik olan başqa bir zəlzələ qeydə alınıb. Seysmoloqlar onun maqnitudasını 5,0 qiymətləndiriblər.
Qeyd edək ki, bir gün əvvəl Yaponiyada güclü zəlzələ baş verib.